Uşaqlar məktəbə hazır deyilsə...: <span style="color:red;">valideynlərin DİQQƏTİNƏ
29 sentyabr 2019 18:42 (UTC +04:00)

Uşaqlar məktəbə hazır deyilsə...: valideynlərin DİQQƏTİNƏ

Artıq iki həftədir ki, məktəblərdə tədris başlayıb. Bir müddət məktəb mühitindən ayrı qalmaq bu prosesin bütün iştirakçılarında adaptasiya problemi yaradır. Böyük şagirdlər və müəllimlər üçün bu hal ciddi olmasa da, məktəbə yeni başlayanlar bir sıra çətinliklər yaşayır. Azyaşlıları məktəb qorxusundan xilas etmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı  Lent.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov  bir sıra maraqlı məqamlara toxunub.

O bildirib ki, məktəbəhazırlıq  yalnız təhsil deyil, yeni tanışlıqlar və təəssüratlardır. Onun sözlərinə görə, məktəb uşaq üçün yeni mühitdir və bu səbəbdən uşaqlar fiziki, əqli, emosional və psixoloji cəhətdən məktəbə hazır olmalıdırlar: “Yeni mühitə öyrəşmək üçün uşağa vaxt lazımdır, bu proses iki həftədən 6 aya qədər davam edir. Belə hallar üçün ümumi reseptlər yoxdur. Məktəbə uyğunlaşma uzun müddətli və fərdi prosesdir. Bu proses uşağın şəxsi xüsusiyyətlərindən asılıdır. Lakin məktəb həyatına başlamazdan əvvəl uşaqlar ilk növbədə psixoloji cəhətdən məktəbə hazır olmalıdırlar. Uşaqlar buna hazır olmadıqda onlarda ciddi gərginlik yaranır. İndi sentyabr ayıdır və uşaqlar dərsə başlayıb, amma hələ də məktəb mühitinə uyğunlaşa bilmirlər. Bəzi uşaqlar valideyinsiz sinifdə oturmur, ağlayır, dərsə getmək istəmir. Çox vaxt valideynlər bunu adi bir uşaq nazı kimi qəbul edirlər, amma belə deyil. Məktəbə uyğunlaşmaq uşaq üçün çətin bir prosesdir və bu çətin prosesdə uşağa kömək etməliyik. Valideynlər məktəb həyatına adaptasiya dövründə daim uşaqların yanında olmalıdırlar. Uşaqlar bu dövrdə həssas ola bilərlər. Onlara yanaşarkən bunu nəzərə almaq lazımdır”. Bu dövrü düzgün şəkildə keçirməlidirlər ki, sonrakı dövrlər uşaq üçün çətin olmasın.  Valideyinlərə tövsiyə edirəm ki, heç vaxt uşaqlarını heç kimlə müqayisə etməsinlər. Bu yüksəldilmiş qürura, və ya paxıllığa və özünə qiymətin aşağı düşməsinə gətirib çıxara bilər. Uşaqları  yalnız əvvəlki nailiyyətləri ilə müqayisə etmək olar. Məktəb və uşağın təhsil aldığı sinif ilə maraqlanmaq lazımdır. Uşağı sadəcə dinləmək, çox faydalıdır. Hər gün məktəbdən gələrkən bu gün nə etdiyini soruşsalar, daha yaxşı olar. Uşağa həm sevildiyini, həm də vacib olduğunu hiss etdirmək lazımdır”.

Ekspert mövzu ilə bağlı bir araşdırmanın nəticəsini də qeyd edib. Onun sözlərinə görə, məktəbəqədər hazırlığa və məktəbəhazırlıq qruplarına gedən uşaqlar birinci sinifə gedəndə onlarda vurğulanan problemlər olmur: “Ona görə də tövsiyə edirəm ki, valideyinlər 4-5 yaşından etibarən övladlarının məktəbə hazılrığı ilə məşğul olsunlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1774
avatar

Aygün İbrahimli

Oxşar yazılar