(R) Yeni kart- “Turbo kart”...
07 oktyabr 2013 10:36 (UTC +04:00)

(R) Yeni kart- “Turbo kart”...

 

Bu gündən etibarən öz maşınına qayğı göstərmək istəyən hər bir şəxs “Bakı Sığorta” ASC-nin təqdim etdiyi “Turbo Kart” kartı ilə həm avtomobilini çox asan və tam sığortalamaq, həm də partnyor bank tərəfindən eksklüziv olaraq illik 9.69%-lə kredit xətti əldə etmək imkanlarından yararlana biləcək.

 

 

Əgər nəqliyyat vasitənizin dəyəri 10.000 manatdan və ya ondan artıqdırsa, siz “Bakı Sığorta” ASC-yə müraciət edib öz avtomobilinizi bütün risklərdən tam sığortalaya, ən əsası sizə hədiyyə olaraq təqdim olunan “Turbo Kart” plastik kart vasitəsi ilə heç bir ilkin ödəniş etmədən kreditlə sığorta haqqını tam ödəyə bilərsiz.

 

Ödəyəcəyiniz sığorta haqqının bir neçə misli qədər isə illik 9.69%-lə partnyor bankdan kredit xətti əldə etmək imkanınız var. Kredit “Bakı Sığorta” ASC-nin müştəriləri üçün xüsusi olaraq zaminsiz, arayışsız və girovsuz veriləcək. Kreditlə ödənilən sığorta haqqı və kredit xəttindən faydalanan məbləğ 45 gün müddətinə geri qaytarılarsa, onda heç bir faiz hesablanmayacaq. Bundan əlavə “Turbo Kart” sahibləri “Group Motors” servis mərkəzlərində il ərzində bir dəfə avtomobilin “razval” və “balans” xidmətlərindən pulsuz istifadə edə biləcəklər.

 

“Turbo kart”- TAM pulsuzdur və TAM sığortalıdır. Yəni zədələndikdə və ya itirildikdə pulsuz dəyişdirilir.

 

“Turbo Kart” Sığortaya çooox asan yol...

 

Ətraflı məlumat üçün (012) 969 telefon nömrəsinə zəng edin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1961
avatar

Oxşar yazılar