(R) “İDEAL” niş butiki təqdim edir!
26 sentyabr 2013 15:17 (UTC +04:00)

(R) “İDEAL” niş butiki təqdim edir!

Niş (lüks) ətirlərin  nə olduğu və məhz hansı “yeri” tutduğu barədə hər kəs bilmir. Niş və ya selektiv ətirlər həyatında heç olmasa bir dəfə ətir alan bütün potensial alıcılara özü haqqında danışaraq dünyanı fəth etməyə çalışmır. Selektiv ətirləri hər yerdən almaq olmur, əbəs yerə onları belə adlandırmırlar. Bir çox Avropa dillərindən tərcümədə “select” məhsulun eksklüzlivliyini vurğulayan ”seçilmiş” mənasını ifadə edir: o geniş yayılmaq üçün yaradılmır, onun incəliklərini anlayanlar  üçün nəzərdə tutulur.

Belə alınıb ki, biz  son bir neçə ildə bu ətirlərlə nisbətən tanış olduq, Avropa isə artıq onları qiymətləndirməyə vaxt tapıb.

Lüks ətirlər fərdi ətriyyatçıların və ya ətir yaradılmasında zəngin tarixə və böyük təcrübəyə malik ətriyyat  evlərinin  yaradıcılıq məhsuludur. Bu ətriyyat  evlərində dövrümüzün ən kreativ və  həssas “burunları” çalışırlar. Ətirlər ən yaxşı xammaldan hazırlanır və  xüsusi dizaynla hazırlanmış əl işi olan flakonlara doldurulur.  Niş ətirlərin hazırlanmasında ənənələr xüsusi yer tutur. Məhz bu səbəbdən Britaniya kral ailəsi də daxil olmaqla, cəmiyyətin elitası niş ətir brendlərinə üstünlük verirlər. 

 

Yeni valehedici niş ətirləri Siz də sınamaq istəyirsiniz? “İDEAL” Sizlərə niş ətir butikini təqdim edir. Burada siz By Kilian, Creed, Shaik, Amouage, Montale, Caron, Juliette Has a Gun, Asgharali,  Judith Leiber, Tom Ford və başqaları kimi dünyanın ən məşhur niş ətir brendlərini əldə edə bilərsiniz.

 

Əgər Siz yeni ətirdən nə gözlədiyinizi hələ də müəyyən etməmisinizsə, bizim mütəxəssislər seçiminizdə Sizə kömək edəcəklər.

 

Bu ətirlər dünyada geniş yayılacaqmı? Biz hesab edirik ki, yox. Axı onlar kütləvi zövqə və ya dəbə uyğun olmaq üçün nəzərdə tutulmayıb. Selektiv lüks ətirlər  fərqli sənətdir, çox güman ki, çoxları üçün mürəkkəb və ekstravaqantdır, onu hiss edən və qiymətləndirənlər  üçün isə səxavətlidir.

 

Sizi “İDEAL NİCHE” butikində görməyə şad olarıq!

# 1126
avatar

Oxşar yazılar