(R) “Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers xidmətinin sertifikatına layiq görülüb!
12 avqust 2013 12:31 (UTC +04:00)

(R) “Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers xidmətinin sertifikatına layiq görülüb!

“Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers xidmətinin ən yaxşı Sosial Yönlü səhifə (Socially Devoted) nominasiyası üzrə mükafatına layiq görülüb. Təqdim edilmiş xüsusi sertifikatda “Bank of Baku”-nun sosial şəbəkədə müştəri xidmətlərinə görə bu sənədə layiq görüldüyü qeyd edilib.

 

Socialbakers (http://www.socialbakers.com ) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir.

Təqdim edilmiş mükafat 2013-cü ilin ikinci rübünü əhatə edir. Socialbakers öz açıqlamasında bildirib ki, “Bank of Baku”-nun Facebook səhifəsində istifadəçilərlə kommunikasiya nümunəvi səviyyədə qurulub.

Socialbakers təhlilçilərinin araşdırmasına görə, “Bank of Baku”-nun Facebook səhifəsində istifadəçilərin sorğu və müraciətlərinin 90%-dən çoxu cavablandırılır və bu, qısa vaxt aparır.

 

Socialbakers-in beynəlxalq miqyasda apardığı araşdırmada digər kateqoriyalar üzrə müxtəlif  biznes sahələrini təmsil edən dünyanın aparıcı şirkət və korporasiyalarının sosial səhifələri mükafatlandırılıb.

 

Xatırladaq ki, hazırda “Bank of Baku”-nun əsas Facebook səhifəsindən başqa (http://www.facebook.com/bankofbaku), Bolkart kredit kartına həsr olunmuş  http://www.facebook.com/bolkart səhifəsi də fəaliyyət göstərir.Hər iki səhifəni toplam 150.000 yaxın internet istifadəçisi izləyir və bu rəqəm dinamik şəkildə artır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar