Orqan köçürülməsi - <span style="color:red;">AZƏRBAYCANDA  bu sahədə nələr çatmır?
22 iyun 2019 16:02 (UTC +04:00)

Orqan köçürülməsi - AZƏRBAYCANDA bu sahədə nələr çatmır?

Azərbaycanda orqan nəqli əməliyyatlarının sistemli şəkildə həyata keçirilməsi üçün uzun zamandır müzakirələr gedir.

Mütəxəssislər hesab edir ki, orqan transplantasiyasının geniş şəkildə aparılması üçün hələ çox işlər görülməlidir.

Mövzu ilə bağlı professor Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, Azərbayacanda orqan köçürlməsi əməliyyatlarından danışmaq hələ tezdir.: “Ayrı-ayrı klinikalarda orqan nəqli əməliyyatları həyata keçirilsə də sistem olmadan, donor haqqında qanun layihəsi həyata keçmədən, donor bankı yaradılmadan, banka lazımi təhcizat olmadan və prosesi bir şəbəkəyə çevirmədən bu barədə danışmaq tezdir. Orqan nəqli nə deməkdir? Deyək ki, Azərbaycanın bir rayonunda orqana ehtiyac var. Başqa bir rayonda həmin orqan tapılıbsa, elə bir sistem olmalıdır ki, orqan  növbədə gözləyən  xəstəyə gəlib çata bilsin. Bu işə müəyyən zaman lazımdır. Donor mənbəyi tapılmalıdır”.

Həkim qeyd edib ki, Azərbaycanda hələ bir müddət insanların donor olmasına onun qohumları, yaxın adamları, himayəçiləri razılıq verməyəcəklər.

Bunun üçün təbliğat və islahatın lazım olduğunu deyən A.Qeybulla hansısa klinikada bir oqanın nəqlinin həyata keçirilməsinin bu sahədə ciddi inkişaf sayılmadığını bildirdi.  

Qeyd edək ki, orqanların transplantasiyası əməliyyatları hələ eramızdan əvvəl qədim Misirdə sınaqdan keçirilib. Xəstənin həyatını başqa cür xilas etmək mümkün olmadıqda ona digər bir insandan orqanın köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşib. İlk köçürülən orqan böyrək olub. 

İnsanlar üzərində təcrübədən əvvəl isə 1902-ci ildə avstriyalı alim E.Ulman tərəfindən itlər üzərində böyrək köçürülməsi əməliyyatları aparılıb. Ancaq heyvanlar üzərində əldə olunan nəticələr insanlarda eyni effekti verməyib. İlk dövrlərdə böyrək köçürülən xəstələrin demək olar ki, hamısı az yaşayıb.

Yalnız 1954-cü ildə amerikalı həkimlər Bostonda ilk yüksək nəticəli transplantasiya əməliyyatına imza atıblar.

Azərbaycanda isə bir insan orqanının başqa bir şəxsə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Sonradan bu uğura görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülüb. Akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılıb. Sonradan bu iş dayandırılıb.

Hazırda Azərbaycanda ayrı-ayrı xəstəxanalarda orqan transplantasiyası həyata keçirilir.

Belə ki, 10 il ərzində Azərbaycanda 614 şəxsə orqan nəql edilib. Xəstələrdən 146 nəfərinə qaraciyər, 468 nəfərinə böyrək köçürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792
avatar

Aygün İbrahimli

Oxşar yazılar