Nərimanovda zibillər yeni üsulla çeşidlənir
02 oktyabr 2019 14:03 (UTC +04:00)

Nərimanovda zibillər yeni üsulla çeşidlənir

Paytaxtın Nərimanov rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsini icra edən Mott MacDonald şirkətinın Bakıya gələn nümayəndəsi - Tullantı Menecmenti məsləhətçisi  Artur Guasti ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində 3 ay ərzində görülən və nəzərdə tutulan işlər barədə məlumatlandırıb.

Bakı .əhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə,  o bildirib ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsidir. Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələrini dəqiqləşdirilməsi üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub: “Hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır, ümumi planda dəyişiklik edilərək mövcud vəziyyətə uyğunlaşdırılır.

Layihənin icrasının 3 ayının nəticələri çox uğurludur. Kiçik, çox da vacib olmayan problemlər var, onlar qaçılmazdır. Onlar operativ şəkildə  aradan qaldırılır. Hər gün yığılan tullantıların tərkibi və çəkiləri araşdırılır, məlumat bazasına əlavə edilir. Gündəlik olaraq “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətində oluruq və nəqliyyatın gətirdiyi tullantıları orada da araşdırırıq”.

Qeyd edək ki,  iyul ayının 10-dan etibarən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - paytaxtın Nərimanov rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849
avatar

Aygün İbrahimli

Oxşar yazılar