İyunun 24-dən start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çoxu elektron ərizəsini təsdiqləyib.
Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də saat 23:59-da başa çatacaq.
Elektron ərizəsi yoxlanılaraq qəbul edilən namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.