Jurnalistlərə evlərinin çıxarışları veriləcək - <span style="color:red;">SƏNƏDLƏR toplanır
02 oktyabr 2019 11:48 (UTC +04:00)

Jurnalistlərə evlərinin çıxarışları veriləcək - SƏNƏDLƏR toplanır

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası jurnalistlərin binasında media nümayəndələri üçün səyyar qeydiyyat xidməti göstərib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a bildirilib ki, qurum  prezident İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilən və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair elektron çıxarış hazırlayır.

Bununla bağlı komitə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun iştirakı ilə həmin binada  səyyar qeydiyyat xidməti göstərərək media nümayəndələrindən əmlaklarına dair ilkin sənədləri toplayıb.

Komitədən bildirilib ki, vətəndaşlar yaşadıqları məkana gətirilən mobil ofislərə şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışını təqdim ediblər: “Dövlət tərəfindən media işçilərinə göstərilən bu qayğı jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşmasına, onların mülkiyyət hüquqlarının təmin olunmasına istiqamətlənib.  Eyni zamanda bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Maarifləndirmə çərçivəsində bildirilib ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edir. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalındakı kabinetinə yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir”.  

Qeyd olunub ki, jurnalistlər üçün tikilən binalarla yanaşı, digər istismarına icazə verilən binalardakı mənzillərin də elektron çıxarışla təmin olunması həyata keçirilir. Komitə MTK-ları və vətəndaşları bu prosesdə fəal olmağa çağırır. İstismarına icazə verilən bina sakinləri əmlakına dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlərlə birgə Əmlak Xidmətləri Məkanına müraciət edə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Aygün İbrahimli

Oxşar yazılar