Həcc ziyarəti üçün sənəd qəbulu başa çatdı
27 iyul 2019 10:58 (UTC +04:00)

Həcc ziyarəti üçün sənəd qəbulu başa çatdı

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu başa çatıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a bildirilib ki,  ziyarət üçün Azərbaycana ayrılan kvota dolub.

 Qeyd edək ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.

 Həcc ziyarətinin qiyməti 4285 dollardır.

Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.

Avqustun 2-dən 6-dək Səudiyyə Ərəbistanına gediş, 21-dən 25-dək isə dönüş baş tutacaq.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904
avatar

Aygün İbrahimli

Oxşar yazılar