Günəşli havada işləmək və gəzmək - <span style="color:red;">BU HALLARDA TƏHLÜKƏLİDİR
25 iyun 2019 15:45 (UTC +04:00)

Günəşli havada işləmək və gəzmək - BU HALLARDA TƏHLÜKƏLİDİR

Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, soyuq və isti hava şəraitində fasilələrlə işləmək, yaxud işi dayandırmaq labüddür. İşçilərə havanın temperaturu azı 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. Havanın temperaturu 41 dərəcədən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlama verib ki, ümumilikdə iyun ayının 29-dək ölkə ərazisində havanın temperaturu çoxillik norma göstəricilərindən yüksək olacaq.

Tağıyeva onu da vurğulayıb ki, 2 gün öncə iyun ayı üçün sutkalıq maksimum göstərici yenilənib, 37 dərəcə isti müşahidə olunub: "Ötən ilin iyun ayı ilə müqayisədə bu ilin iyun ayında temperatur 10 dərəcə yüksək olub".

Hazırda ölkə ərazisində 41 dərəcə temperatur müşahidə olunmasa da, hava kifayət qədər istidir.

Bəs istidə gün vurarsa?..

Həkim-terapevt Nahid Məhərrəmov Lent.az-a bildirib ki, əgər insan günəş şüasının altında çox gəzərsə, günvurma ola bilər: “Yay aylarında saat 11:00-dan, 16-17:00-a dək isti havada gəzmək insanda problem yarada bilər. Əgər insan güclü ürək döyüntüləri, gözlərdə bərəlmə, halsızlıq, yorğunluq, taqətsizlik hiss edirsə, günvurma halı ola bilər. Gün vuran adamı soyuq yerə aparmaq, üst geyimini soyundurmaq lazımdır. Yaş parça ilə üzərini örtmək lazımdır ki, nəfəs alması asanlaşsın. Başını yan tərəfə çevrilməlidir ki, möhtəviyyat nəfəs yoluna düşüb boğulma verməsin. Əgər koma vəziyyəti yoxdursa, maye içirmək lazımdır. Koma varsa, artıq təcili-yardım çağrılmalıdır”.

Həkim bildirib ki, isti vuranda beyin-qan dövranı artır, damarlarda genişlənmə başlayır.  Bu, komaya düşməyə, ölümə belə yol aça bilər. Onun sözlərinə görə, bu halda ilkin yardım olunmasa, insan həyatını itirə bilər: “Gün altında işləyən adamların saat 11-dən axşam saatlarına qədər işləməməsi məsləhət olunur. Yaxud da bir-iki saatlıq rejimlə işləsələr yaxşı olar. Günvurma zamanı temperatur 39-40-dərəcəyə qədər qalxır. Normal temperatur 36-37 dərəcə olduğu üçün hərarətin yüksəlməsi insan həyatı üçün təhlükə yaradır. İstidən damarlarda işemiya, beyin qan dövranın pozulması, insult təhlükəsi ola bilər. Yaxud damar yırtılması ola bilər. İstənilən halda günün altında işləmək sağlamlıq üçün təhlükəli prosesdir. İsti havalarda tənginəfəslik, halsızlıq  çox ola bilir”.

Həkimin fikrincə, gün ərzində çoxlu maye qəbul etmək vacibdir. Onun sözlərinə görə, çoxlu maye qəbul olunduğu təqdirdə qan dövranı yaxşılaşır, arterial təzyiq normal qalır: “Çox maye qəbul olunduqda isti havadan  damarların genişlənməsinə baxmayaraq, təzyiq stabil qaldığı üçün çox da təsir etməyə bilir”.    

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1513
avatar

Aygün İbrahimli

Oxşar yazılar