"Gələcəyə Baxış” bir sıra rayon və şəhərlərində sorğu keçirib
02 dekabr 2014 17:09 (UTC +04:00)

"Gələcəyə Baxış” bir sıra rayon və şəhərlərində sorğu keçirib

0

“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi Azərbaycanın bir sıra rayon və şəhərlərində sorğu keçirib. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşan layihə çərçivəsində Azərbaycan əyalətlərində  milli adət-ənənələrlə bağlı aparılan monitorinqlərdə yaşlı nəsil “SOS” siqnalı verib.

Lent.az-ın məlumatına görə,  müasir qloballaşma şəraitində  Azərbaycan cəmiyyətində milli adət və ənənələrin kənar faktorların təsiri altında transformasiyaya uğradığı üzə çıxıb.  “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin  Azərbaycanın bir sıra rayon və şəhərlərində apardıqları sorğularda yaşlı nəsil milli adət-ənənələrin unudulmaqda olduğunu əsas gətirir, amma gənc nəslin  nümayəndələri bunun əksini söyləyir.  Əldə edilən nəticəyə əsasən,  milli adət-ənənələrlə bağlı yaşlı və gənc nəsil arasında güclü fikir ayrılığı yaranmaqdadır. Azərbaycanın Xaçmaz, Quba Lənkəran və Masallı rayonlarında yaşayan yaşlılar toy adət-ənənələrinin köklü şəkildə dəyişdiyini söyləyirlər.  Yaşlılar deyir ki, indi  gənclər toylarda ağsaqqal-ağbirçək xeyir-duası, məsləhət eşitmək istəmir. Bütün toy ancaq gənclərin ortaya düşüb oynaması ilə sona çatır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar