ABŞ şirkətlərindən birinin hazırladığı hesabatda dünya miqyasında ən çox gedilən şəhərlərin siyahısı açıqlanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda ötən il gedilən şəhərlərin siyahısında birinci yerdə Taylandın paytaxtı Banqkok yer alıb. Bu ölkəyə 2018-ci ildə 22,7 milyon xarici turist gəlib. Banqkok 4 il üst-üstə ən çox turist qəbul edən ölkə olub.
200 şəhərin yer aldığı siyahıda ilk onluqda Türkiyənin də iki şəhəri -İstanbul və Antalya yer alıb. Ötən il 13,4 milyon turistin gəldiyi İstanbul siyahıda 8-ci yerdədir. Antalya isə 12,4 milyon turistlə 10-cu sırada qərarlaşıb.
Turistlərin ən çox ziyarət etdiyi şəhərlərin siyahısında növbəti yerləri Paris (19,1 milyon), London (19 milyon), Dubay (15,9 milyon), Sinqapur (14,6 milyon), Malayziyanın paytaxtı Kuala Lumpur ( 13.7 milyon), Nyu-York (13.6 milyon), İstanbul (13.4 milyon), Tokio (12.9 milyon), Antalya (12.4 milyon) şəhərləri tutub.
Hesabatda ən çox diqqətçəkən məqamlardan biri isə turistlərin getdikləri ölkədə xərclədikləri pulun miqdarı ilə bağlıdır. 15,9 milyon turistin ziyarət etdiyi Dubay ən çox pul xərclənən şəhər olub. Turistlər bu şəhərdə gündə orta hesabla 533 dollar xərcləyib. İlk onluqda yer alan şəhərlər arasında Antalya da turistlərin ən az pul xərclədiyi şəhər olub. Turistlər bu şəhərdə gündə orta hesabla 44, İstanbulda isə 106 dollar xərcləyib.