(R)“Nar” uşaqların bayram tədbirinə dəstək oldu
01 iyun 2015 13:53 (UTC +04:00)

(R)“Nar” uşaqların bayram tədbirinə dəstək oldu

 

30 may 2015-ci il tarixdə “Qadın və uşaqların problemlərinin araşdırılması” ictimai birliyinin təşkilatçılığı və “Nar” rabitə operatorunun dəstəyi ilə 1 iyun – Uşaqların beynəlxalq müdafıəsi günü ərəfəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlar üçün”Onlar bizim birimizdir” adlı bayram tədbiri keçirildi.

 

Bakı, Ağdam, Füzuli, Şamaxı, Ağsu və Zaqataladan olan uşaqların qatıldıqları tədbirdə ümumilikdə 60 azyaşlı iştirak etdi. Tədbir çərçivəsində uşaqlar üçün İçərişəhərdə, Bayraq Meydanında gəzinti, Azərbaycan Xalça Muzeyində və Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunub.
Dövlət qurumlarının və QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə uşaqlar üçün interaktiv oyunlar təşkil edilib, onlara bayram hədiyyələri verilib.

 

“Nar” hər zaman uşaqlara, gənc nəslə xüsusi diqqət və qayğı göstərməyə davam edir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Oxşar yazılar