(R) “Azercell”lə sərfəli internet hər yerdə
18 iyun 2015 16:10 (UTC +04:00)

(R) “Azercell”lə sərfəli internet hər yerdə

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da mobil internet istifadəçilərinin sayı gündən-gün artmaqdadır. Müştərilərinin tələbat və istəklərini daim öndə tutan ölkənin lider mobil operatoru Azercell Telekom da mobil internet istifadəçilərini sevindirəcək bir yenilik edir.  Belə ki, 18.06.2015 tarixindən etibarən abunəçilər “Azercell-dən 4G MiFi və 3G USB Modem” kampaniyası çərçivəsində ilk ay verilən10GB bonus bitdikdən sonra, “SERFELİ” yazıb 2525-ə göndərməklə 10GB=10AZN paketindən yararlana biləcəklər. Abunəçi 10GB=10AZN internet paketini 2 üsulla aktiv edə bilər: SERFELİ yazib 2525-ə göndərməklə və Dealer Online proqramı vasitəsilə. Qeyd edək ki, 10GB=10AZN internet paketi yalnız ilk ayda abunəçiyə hədiyyə kimi verilən 10GB bonus bitdikdən sonra istifadə oluna bilər. Hər 30 gündən bir avtomatik olaraq yenilənən 10GB=10AZN internet paketindəki 10 GB internetin istifadə müddəti 30 gündür. Amma 10 GB-lik paket 30 gün müddətindən tez bitdikdən sonra da abunəçi internetsiz qalmır. Bu zaman internetin sürəti  128 Kb/s təşkil edəcək. Onu da nəzərinizə çatdıraq ki, 10 GB bonus və ya bonus müddəti (30 gün) bitdikdən sonra mövcud internet paketlərindən istifadə etmək üçün müvafiq açar sözü 2525-ə göndərilməlidir.

 

Məlumat üçün bildirək ki, şirkətin  aprel ayında istifadəyə verdiyi “4G MiFi və 3G USB Modem” kampaniyası çərçivəsində Azercell-dən 4G MiFi and 3G USB modem alan hər bir abunəçiyə 10 GB həcmdə internet hədiyyə olunur. Kampaniya zamanı 3G USB modem  üçün 20 AZN, 4G MiFi üçünsə, 80 AZN verilən nömrənin balansına yüklənilir və bunun qarşılığında abunəçiyə 10 GB pulsuz internet təqdim olunur.

 

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

 

# 597
avatar

Oxşar yazılar