![[b]Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə -[/b] FOTO](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə -[/b] FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonadakı hərbi hissələrə gələrək tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçiriblər.
Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, müdafiə naziri inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.
Sonra nazir hərbi hissələrdə yaradılan şəraitlə tanış olub. General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, hərbi-tibb müəssisələrinə, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirərək konkret tapşırıqlar verib.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri, qarşıda duran vəzifələrin icrası, xidməti şəraitin daha da yaxşılaşdırılması, hərbi qulluqçulara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi və bir sıra digər məsələlər barədə müvafiq göstərişlər verib.
Oxşar yazılar

Sabah çimərliklərdə hava küləkli olacaq
8 iyul 2025 , 13:54
Dəri xəstəliyini yayanlara hansı cəza verilir? - CAVAB
8 iyul 2025 , 13:24
53 yaşında 13-cü diplomunu aldı
8 iyul 2025 , 13:09
Leysan yağacaq, dolu düşəcək - Sabahın havası
8 iyul 2025 , 12:37
Qarabağa getmək istəyənlərə ŞAD XƏBƏR
8 iyul 2025 , 12:06
Medianın inkişafında Heydər Əliyevin rolu mövzusunda konfrans keçirilir
8 iyul 2025 , 12:03
Əksər rayonlara yağış yağıb - FAKTİKİ HAVA
8 iyul 2025 , 10:22