![[b]Sağlamlıq imkanları məhdud uşaqlar ayda 200 manat alacaq[/b]](https://lent.az/storage/news/2019/march/02/big/7e85d2c4e5cda8b5e020e5c04ef145ae.jpg)
[b]Sağlamlıq imkanları məhdud uşaqlar ayda 200 manat alacaq[/b]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamının əhatə etdiyi həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır. Lent.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd olunur ki, sərəncamla sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlərdə aprelin 1-dən 83 faiz artım edilməklə onların müavinəti 82 manatdan 150 manata çatdırılır. Eyni zamanda, yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü təsis olunur.
Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, qeyd olunan vaxtdan müavinət (150 manat) və təqaüd (50 manat) formasında ümumilikdə 200 manat təşkil edəcək.
Oxşar yazılar

Leysan yağacaq, külək güclənəcək - Sabahın havası
1 iyul 2025 , 12:10
İyulun 1-nin ən xoşbəxt BÜRCÜ: Unudulmaz olacaq
1 iyul 2025 , 11:59
Əmi, bibi, xala, dayı uşaqları kəbin kəsdirə biləcəklər? - AÇIQLAMA
1 iyul 2025 , 11:29
Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşlar Ağcabədidə dəfn edildi -FOTOLENT -VİDEO
1 iyul 2025 , 10:43Güclü yağış və külək - GÜNÜN HAVASI
1 iyul 2025 , 10:20
İnsanların 50 faizi xəbər oxumaq istəmir - MARAQLI STATİSTİKA
1 iyul 2025 , 09:47
Dövlətimiz böyük qətiyyət göstərdi, cənazələr vətənə gətirildi - JURNALİST
1 iyul 2025 , 09:38