[b]Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər açıqlanıb[/b]
28 dekabr 2017 17:27 (UTC +04:00)

[b]Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər açıqlanıb[/b]

“Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin hazırlanması ilə bağlı İşçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən köhnə lüğətlərdə yer almış lüzumsuz, şübhə doğuran sözlər haqda təkliflər hazırlanıb”.

 
 
 
APA-nın xəbərinə görə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib ki, orfoqrafiya lüğətinin 2013-2014-cü illərdəki nəşrlərinə 36 bənddən ibarət orfoqrafiya qaydaları daxil edilib: “Bizim tərəfimizdən 62 bəndlik yeni və izahedici orfoqrafiya qaydaları ilə bağlı layihə hazırlanıb”.
 
İnstitut direktoru orfoqrafiya lüğətində nəzərdə tutulan bəzi yenilikləri açıqlayıb: “Türkiyədə sözlər deyildiyi kimi yazılır. Ona görə də biz fonetik prinsipə əsaslanmalıyıq. İki “yy” ilə yazılan sözlərlə bağlı təklif edirik ki, onlar bir “y” ilə yazılsın. Eyni zamanda alınma dildə qoşa “ss” ilə bitən sözlərin bir “s” ilə yazılması təklif olunur. Məsələn, “ekspress”, “stress” sözləri. Alınma dildə olan digər sözlərin, məsələn “ssenari”nin yox, “senari” kimi yazılması, “metafor”un “metafora”, “sanatori”nin “sanatoriya” kimi yazılması təklif edilir. “Veb-səhifə”, “Veb-dizayn” sözlərinin də defislə  yazılması layihəyə daxil edilib. Həm də layihəyə milli mənşəli sözlərin yazılış qaydaları da daxil olunub”.  
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

APA Baycan

Oxşar yazılar