Şəmkirdə taksi sürücüsünü öldürənə  hökm oxundu
17 mart 2026 17:35 (UTC +04:00)

Şəmkirdə taksi sürücüsünü öldürənə hökm oxundu

0

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə 16 il əvvəl həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Turab Vəliyevin cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi T. Vəliyevin  13 il azadlıqdan məhrum edildiyini elan edib.

İttihama görə, Şəmkir rayonu, Yeniabad kənd sakini, 1989-cu il təvəllüdlü Turab Vəliyev 2010-cu il fevralın 15-də fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovla yaşadığı kənd istiqamətində hərəkətdə olarkən ödənişlə bağlı aralarında mübahisə yaranıb. Bu zaman T.Vəliyev üzərində gəzdirdiyi bıçaqla Məhərrəm Həsənova 11 zərbə endirərək onu qətlə yetirib.

Xatırladaq ki, Turab Vəliyev 2023-cü il dekabrın 15-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılıb. Araşdırmalar zamanı T.Vəliyevin 2010-cu ildə həmyerlisi M.Həsənovu qətlə yetirdiyi məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar