Sürət qatarını daşa basan 4 yeniyetmə  tutuldu
17 mart 2026 14:41 (UTC +04:00)

Sürət qatarını daşa basan 4 yeniyetmə tutuldu

0

Bakı-Sumqayıt marşurutu üzrə hərəkət edən sürət qatarı hərəkətdə olan zaman ona daş atılması və  şüşəsinin zədələnməsi barədə polisə məlumat daxil olub.

Lent.az xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən dörd yeniyetmə müəyyən edilib.

Onlar valideynləri ilə birlikdə polis orqanına dəvət olunublar.

Yeniyetmələrlə profilaktik söhbətlər aparılıb və bu hərəkətlərin yarada biləcəyi təhlükə onların diqqətinə çatdırılıb.

Bir daha qeyd edək ki, qatara daş atılan zaman bu sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Bir çox hallarda isə qrafikdə gecikmələr yaşanır və bu da sərnişinlərin mənzil başına gecikməsi ilə nəticələnir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar