[b]Nikaha daxil olmaq istəyən 11 nəfərdə İİV aşkarlanıb[/b]
19 may 2017 11:39 (UTC +04:00)

[b]Nikaha daxil olmaq istəyən 11 nəfərdə İİV aşkarlanıb[/b]

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu il mart ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5269 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır.

APA-nın xəbərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib ki, onlardan 3796-sı kişi, 1473-ü qadındır.

E. Alməmmədova bildirib ki, bu müddətdə QİÇS mərhələsində olan vətəndaşların sayı 1383 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 828 nəfər olub.

 

O qeyd edib ki, 2017-ci ilin I rübü ərzində nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinə nəticəsində 30 464 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 11 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

APA Baycan

Oxşar yazılar