[b]Müharibə veteranlarının müavinəti 80 manat oldu[/b]
25 fevral 2019 18:55 (UTC +04:00)

[b]Müharibə veteranlarının müavinəti 80 manat oldu[/b]

“Müharibə veteranlarına indiyə qədər iki kateqoriya ödəniş olub”.

ONA-nın məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamla bağlı keçirdiyi mətbuat konfransında bildirib.

S. Babayev deyib ki, pensiya hüququ olmayan müharibə veteranlarına 55 manat müavinət verilib: “Pensiya hüququ olan müharibə veteranlarına isə onların pensiyasının sığorta hissəsinə 11 manat əlavə olaraq indeksləşdirilib. Bununla əlaqədar biz təkliflər hazırladıq, dövlət başçısı bunu dəstəklədi. Bu iki fərqli kateqoriya birləşdirilərək həm pensiya alanlara, həm sosial müavinət alanlara vahid 80 manat Prezident təqaüdü təyin olundu. Bu təqaüd 80 min insanı əhatə edir. Onların 53 mini sosial müavinət alan müharibə veteranları, 27 mini isə pensiya alan müharibə veteranları idi. Bunun maliyyə yükü də bir il ərzində 42 milyon manat olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358
avatar

Oxşar yazılar