[b]İyul ayı üzrə pensiyaların maliyyələşdirilməsi tam yekunlaşıb[/b]
26 iyul 2018 15:03 (UTC +04:00)

[b]İyul ayı üzrə pensiyaların maliyyələşdirilməsi tam yekunlaşıb[/b]

Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyaları da əvvəlki ayların artımları ilə birgə ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu bu ilin iyul ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini yekunlaşdırıb.

 

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafikinə əsasən, iyul ayının 9-da Naxçıvan MR, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, 13-də respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 19-da respublikanın digər rayonları üzrə pensiyaların Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi təmin edilib.

 

İyulun 24-də isə hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının əvvəlki ayların artımları ilə birgə  maliyyələşdirilməsi başa çatdırılıb.

 

 

Qeyd edək ki, bu kateqoriyadan olan və 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin olunmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” əsasında yenidən hesablanaraq artırılıb. Artımlar cari ilin ötən dövründə onların çalışdıqları müvafiq sahələr üzrə əmək haqqında artımların edildiyi vaxtdan hesablanıb və toplam halda iyul ayının pensiyası ilə birgə onların pensiya hesablarına köçürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

APA Baycan

Oxşar yazılar

Ermənilər Naxçıvanı atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

13 iyun 2024 , 21:34
Sevindirici PROQNOZ:  Yerin havası tezliklə sərinləşəcək

Sevindirici PROQNOZ: Yerin havası tezliklə sərinləşəcək

13 iyun 2024 , 20:15
Dörd bürcün  bütün arzuları   iyunun sonuna qədər gerçəkləşəcək 

Dörd bürcün bütün arzuları iyunun sonuna qədər gerçəkləşəcək 

13 iyun 2024 , 19:03
Sabah üçün tibbi-meteoroloji PROQNOZ

Sabah üçün tibbi-meteoroloji PROQNOZ

13 iyun 2024 , 18:41
Yağış, şimşək, dolu   - Bayram günlərinin havası

Yağış, şimşək, dolu - Bayram günlərinin havası

13 iyun 2024 , 16:08
Polisdən "Son Zəng" XƏBƏRDARLIĞI

Polisdən "Son Zəng" XƏBƏRDARLIĞI

13 iyun 2024 , 12:55
Bu azərbaycanlılar Rusiyadan çıxarılır

Bu azərbaycanlılar Rusiyadan çıxarılır

13 iyun 2024 , 12:37
Güclü yağış, dolu, külək  - Sabahın HAVASI

Güclü yağış, dolu, külək - Sabahın HAVASI

13 iyun 2024 , 11:52