[b]Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq[/b]
19 dekabr 2016 15:14 (UTC +04:00)

[b]Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq[/b]

“İmtahan qaydalarının tez-tez dəyişdirilməyinə dair suallar verirlər. Biz təhsil mühitini formalaşdıran, dövlət tərəfindən təsdiqlənmiş sənədləri icra edirik”. Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunmuş konfransda deyib. Onun sözlərinə görə, hər bir imtahan layihələndiriləndə onun məqsədi də müəyyənləşməlidir: “Məsələn, qəbul imtahanları zamanı müsabiqə fərqlidir və məzunlar arasından ən yaxşılarını seçməliyik. Buraxılış imtahanları zamanı isə uşaqların bilik və bacarıqlarının müəyyən dövlət standartlarına uyğunluğu yoxlanılır. Həmin məqsədə görə ölçmə materialları-testlər fərqli olur”. Kurrikulumla təhsil alan şagirdlərin biliklərini yoxlamaq üçün yeni növ tapşırıqların vacibliyini qeyd edən DİM sədri deyib ki, bununla əlaqədar olaraq artıq 2013-cü ildən başlayaraq şagirdlər arasında Azərbaycan dili ( tədris dili rus dili olanlar üçün rus dili) və riyaziyyatdan monitorinq imtahanları keçirilir: “Bu günə qədər 85 459 şagird monitorinq imtahanlarında iştirak edib. Hazırda DİM-in təhsil bazasında 9-cu sinifdə oxuyan 113 min nəfər şagirdin adı var. Onların 85 459-u artıq monitorinq imtahanlarından keçib".

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış elmi statistik təhlillərin bu qurumun saytına yükləndiyini deyən M.Abbaszadə əlavə edib ki, yanvarın 1-dən etibarən aparılmış təhlillərin elektron yüklənməsi pullu olacaq: “ 1 il ərzində bu təhlillərin elektron versiyasının yüklənmə sayı 3400-ə yaxın idi. Yükləmələr hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz. Çünki yanvarın 1-dən bu yükləmələrin qiyməti ən azı 1 manat olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395

Oxşar yazılar

Sabah da dəhşətli isti  olacaq - Hava PROQNOZU

Sabah da dəhşətli isti olacaq - Hava PROQNOZU

18 iyul 2025 , 12:20
Bağçalara qəbul başladı

Bağçalara qəbul başladı

18 iyul 2025 , 11:20
Qusara yeni prokuror  təyin olundu

Qusara yeni prokuror təyin olundu

18 iyul 2025 , 10:46
Bakının 3 rayonu bu gün qazsız qalacaq

Bakının 3 rayonu bu gün qazsız qalacaq

18 iyul 2025 , 09:47
Böyük irəliləyiş astanasında olan  BÜRCLƏR

Böyük irəliləyiş astanasında olan BÜRCLƏR

18 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

18 iyul 2025 , 08:45
1000  qadınla yatıb:   Vəhşi həyatından niyə imtina etdi?

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?

17 iyul 2025 , 19:59
Sabahın  isti diskomfort   havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ

17 iyul 2025 , 19:07