<b>"Sınaq imtahanı keçirməyə pulumuz yoxdur" - </b><span style="color:red;">Məleykə Abbaszadə
19 dekabr 2016 16:27 (UTC +04:00)

"Sınaq imtahanı keçirməyə pulumuz yoxdur" - Məleykə Abbaszadə

 

“İyun ayında tədris ili bitdikdən sonra buraxılış imtahanının 2-ci mərhələsi keçiriləcək. İmtahandan 2 gün sonra nəticələr açıqlanacaq”. Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunmuş konfransda deyib.  M. Abbaszadə qeyd edib ki, nəticələr bəlli olduqdan sonra kolleclərə keçid balları müəyyən olunacaq: "Bu qaydalar hələ müzakirə olunur. 9-cu sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsinin nəticələri bir aydan sonra həmin şagirdin şəxsi səhifəsinə yerləşdiriləcək. İlk il olduğu üçün şagirdlərə heç bir məhdudiyyət qoyulmayıb. Hətta ekspertlərin rəyləri də şəxsi səhifədə yerləşdiriləcək. Yeni qaydalara görə, imtahan nəticələri yalnız balla yazılacaq. Mənfi ya müsbət, yaxşı və pis nəticə toplanması orada qeyd olunmayacaq. İlk dəfə olduğuna görə hələlik elə bir məhdudiyyət qoymamışıq ki, birinci mərhələdə 0 bal toplayan ikinci  mərhələdə iştirak etməsin və yaxud da kolleclərə sənəd verməsin. İmtahan nəticələrinə görə, birinci və ikinci mərhələdə toplanılan ümumi bal 100 olacaq. İkinci mərhələdə ənənəvi qapalı testlərlə şagird 70 bal toplaya bilər. İmtahanda hansı qiyməti almasından asılı olmayaraq, şagird attestat alacaq. İmtahanın nəticələrinə əsasən, şagirdlər orta ixtisas təhsili müəssisələrinə sənəd verə biləcəklər”.

 

M. Abbaszadə onu da əlavə edib ki, sınaq imtahanları keçirməyə maddi imkan olmadığından artıq yazılı sınaq imtahanları olmayacaq.

# 196
avatar

Fərizə Əhmədova

Oxşar yazılar