[b]“Diqlas”dakı yanğınla əlaqədar Komissiya yaradıldı[/b]
29 mart 2019 13:48 (UTC +04:00)

[b]“Diqlas”dakı yanğınla əlaqədar Komissiya yaradıldı[/b]

Baş nazir Novruz Məmmədov Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması barədə sərəncam imzalayıb.
 
ONA-nın məlumatına görə, Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Komissiya yaradılıb:
 
Komissiyanın sədri
 
 
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
 
 
 
Komissiyanın üzvləri
 
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
 
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
 
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
 
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri
 
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri
 
Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri
 
Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru
 
Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
 
Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
 
Arif Qasımov – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı
 
2. Komissiyaya tapşırılsın ki, hadisənin baş vermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618
avatar

Oxşar yazılar