Şirməmməd Hüseynovun yarımçıq qalan işlərini kim davam etdirəcək? - <span style="color:red;">DAVAMÇILARI AÇIQLANDI
27 iyun 2019 14:22 (UTC +04:00)

Şirməmməd Hüseynovun yarımçıq qalan işlərini kim davam etdirəcək? - DAVAMÇILARI AÇIQLANDI

Bir neçə gün öncə dünyasını dəyişən Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov ömrünün sonuna kimi araşdırmlarını davam etdirib.

Bundan sonra tədqiqatçının işlərini kimin davam etdirəcəyini öyrənmək üçün Ş.Hüseynovun qızı ilə əlaqə saxladıq.   

Professorun qızı, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova Lent.az-a bildirib ki, Şirməmməd Hüseynov dünyasını dəyişən günə kimi iş başında olub: “Onun elə günü yox idi ki, araşdırma aparmasın, yazmasın. Demək olar ki, bu hal son günə kimi davam edib. Təbii ki, biz onun yarımçıq qalan işlərini başa çatdıracağıq. Mənim anam onun ən birinci məsləkdaşı idi. O da jurnalist, gözəl publisistdi. Hər cəhətdən atama kömək edirdi. Ona görə bilirəm ki, anam yarımçıq işlərin aparılmasında iştirak edəcək. Onun çox yaxşı tələbələri olub, davamçıları var. Onlarla daim əlaqədə idi. Hətta iki cilddən ibarət bir kitab da hazırlamışdı. Həmin kitablar da nəşr olunacaq. Yəni atamın işi davam olunacaq”.

L.Hüseynova bildirib ki, atası  son tələbələrindən biri olan, hazırda Bakı  Dövlət Universitetində çalışan Samir Xalidoğlu ilə hər zaman əlaqədə olub, danışıb:

“Samir Xalidoğlu Bakı Dövlət Universitetində işləyir. Hər cəhətdən onunla iş görürdü. Samir onun dediklərini can-başla icra edirdi. Yəqin ki, bundan sonra da yarımçıq qalan işlərini davam etdirməkdə iştirak edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2544
avatar

Aygün İbrahimli

Oxşar yazılar