O bildirib ki, Ağayev Mehdi Kamil oğlu dövlət hesabına pulsuz nəqliyyat vasitəsi almaq üçün növbəyə yazılmaq məqsədilə müvafiq sənədlərini 2013-cü ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edib: “Müvafiq təlimata əsasən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların avtomobillə təminatı ilk növbədə həyata keçirilir. Digər imtiyazlı əlillər (BVM əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların, Çernobıl əlillərinin) isə növbəlilik əsasında avtomobillə təmin olunurlar. Bu səbəbdən avtomobil təminatı ilə bağlı iki növbəlilik siyahısı mövcuddur və həmin siyahılar da Nazirliyin rəsmi internet saytında (http://www.mlspp.gov.az)“Pulsuz avtomaşın almaq üçün növbəyə dayanmış Dağlıq Qarabağ müharibəsi əlillərinin və 20 Yanvar əlillərinin siyahısı” və “Pulsuz avtomobillə təmin olunmaq üçün növbəyə dayanmış Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin siyahısı” adları altında yerləşdirilib. Buradakı “onlara bərabər tutulan şəxslər” anlayışı hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxsləri və Çernobıl əlillərini əhatə edir”.

“Vətəndaşların minik avtomobili almasında heç bir ədalətsizliyə yol verilməyib”
“Cəlilabad rayonu, Alıqasımlı kənd sakini, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş Ağayev Mehdi Kamil oğlunun dövlət hesabına minik avtomobili almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq növbəlilik siyahısına alınarkən ona qarşı ədalətsizliyə yol verilməsi və guya onun növbəliliyinin uzadılması üçün yanlış olaraq BVM əlillərinin siyahısına salınması barədə KİV-də qeyd olunanların heç bir əsası yoxdur”. Bu açıqlamanı APA-ya nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
O bildirib ki, Ağayev Mehdi Kamil oğlu dövlət hesabına pulsuz nəqliyyat vasitəsi almaq üçün növbəyə yazılmaq məqsədilə müvafiq sənədlərini 2013-cü ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edib: “Müvafiq təlimata əsasən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların avtomobillə təminatı ilk növbədə həyata keçirilir. Digər imtiyazlı əlillər (BVM əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların, Çernobıl əlillərinin) isə növbəlilik əsasında avtomobillə təmin olunurlar. Bu səbəbdən avtomobil təminatı ilə bağlı iki növbəlilik siyahısı mövcuddur və həmin siyahılar da Nazirliyin rəsmi internet saytında (http://www.mlspp.gov.az)“Pulsuz avtomaşın almaq üçün növbəyə dayanmış Dağlıq Qarabağ müharibəsi əlillərinin və 20 Yanvar əlillərinin siyahısı” və “Pulsuz avtomobillə təmin olunmaq üçün növbəyə dayanmış Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin siyahısı” adları altında yerləşdirilib. Buradakı “onlara bərabər tutulan şəxslər” anlayışı hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxsləri və Çernobıl əlillərini əhatə edir”.
Nazirlik rəsmisi əlavə edib ki, Mehdi Ağayev hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olduğundan o, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların növbəlilik siyahısında deyil, aidiyyəti üzrə siyahıda, yəni BVM əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanlar və Çernobıl əlillərinin avtomobil növbəliliyi siyahısında qeyd olunub. Ona görə də Mehdi Ağayevin avtomobil almaq üçün növbəyə alınmasında heç bir ədalətsizliyə yol verilməyib.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06