“Sovetski”də  100-ə yaxın mülkiyyətçi evini satıb - <span style="color:red;">YENİLƏNİB
01 mart 2014 17:50 (UTC +04:00)

“Sovetski”də  100-ə yaxın mülkiyyətçi evini satıb - YENİLƏNİB

 

 

Bakıda “Sovetski” adlanan ərazidə artıq 100-ə yaxın mülkiyyətçi ilə alqı-satqıya dair müvafiq razılaşma sənədi imzalanıb və pul vəsaiti onların bankdakı hesablarına köçürülüb.


 

APA-Economics”in verdiyi məlumata görə, bu barədə Maliyyə Nazirliyinin Bakıda “Sovetski” adlanan ərazidə nəzərdə tutulan söküntü işləri və burada daşınmaz əmlaka malik olan mülkiyyətçilərə təklif olunan məbləğ barədə kütləvi informasiya vasitələri tərəfindən ünvanlanmış suallara cavabında deyilir.

 

Nazirliyin cavab məlumatında qeyd olunur ki, hər hansı dövlət qurumu tərəfindən icra olunan layihələr, müxtəlif infrastrukturların tikintisi və bu zaman həyata keçirilən köçürülmələr və mülkiyyətçilərdən əmlakın alınması dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur və Maliyyə Nazirliyinin müvafiq strukturları tərəfindən maliyyələşmə aparılır. “Sovetski” adlandırılan əraziyə gəlincə isə bildirilir ki, burada evlərin alınması tam könüllülük prinsipi əsasında həyata keçirilir.

 

Azərbaycan baş nazirinin müavini Abid Şərifovun bu ilin fevralın 21-də mətbuata verdiyi müsahibədə bildirdiyi kimi, həmin ərazidə yaşayan əhaliyə məxsus əmlakların, mənzil və torpaq sahələrinin dövlət ehtiyacları üçün məcburi qaydada alınması nəzərdə tutulmayıb. Belə ki, həmin ərazidə yerləşən əmlakların mülkiyyətçiləri (sahibləri) öz iradələrinə, mülkü hüquq prinsiplərinə və Azərbaycanda qüvvədə olan mülkü qanunvericiliyin tələblərinə uyğun olaraq, öz əmlaklarını tam könüllü surətdə dövlətə sata bilərlər. Bu ərazidə yerləşən əmlakların dövlət tərəfindən alınması zamanı, əmlakın faktiki ümumi sahəsinin hər bir kvadrat metrinin dəyəri 1 500  manat həcmində yuxarı hədd müəyyən olunub. Qeyd edilən məbləğin müəyyən olunması üçün həmin ərazidə kifayət qədər təhlillər aparılmış və müstəqil ekspert rəyləri nəzərə alınıb.

 

“Belə ki, qeyd olunan sahənin Bakı şəhərinin mərkəz hissəsinə yaxın ərazidə yerləşməsinə baxmayaraq, bir sıra amillər həmin ərazidə yerləşən əmlakların bazar dəyərinə mənfi təsir göstərməkdədir. Ərazidə yerləşən tikililərin böyük əksəriyyəti bugünki şəhərsalma qayda və tələblərinə uyğun gəlmir, yaşayış sahələri müvafiq təhlükəsizlik və yaşayış üçün müəyyən edilmiş ümumi tələblərə cavab vermir, kommunal, kommunikasiya və  digər infrstruktur sistemləri qənaətbəxş vəziyyətdə deyil və onların yenidən qurulması üçün xüsusi təyinatlı texnikanın əraziyə daxil olmasında darısqal, ensiz yollar ciddi maneələr yaradır”, - deyə nazirliyin məlumatında vurğulanır.

 

Qeyd olunanları nəzərə almaqla, göstərilən məbləğin müəyyən olunması ilə bağlı qərarı əmlak bazarının reallıqlarını adekvat əks etdirən və kifayət qədər ədalətli hesab etmək olar.

 

“Müvafiq dövlət orqanlarında mövcud olan məlumatların təhlili nəticəsində, son dövrlərdə ərazidə alqı-satqı olunmuş əmlakların hər bir faktiki kvadrat metrinin dəyərinin 1 500 manatdan daha az olduğu müəyyən edilib. Bütün bunlarla belə, qeyd olunan ərazidə mülkiyyətçilərə dövlət büdcəsinin vəsaiti hesabına əmlakların alınması üçün müəyyən olunmuş ən yuxarı hədd —1 500 manat təklif olunur.

 

Beləliklə, təklif olunan qiymətə razı olmayanlar öz evlərində, sözügedən ərazidə əvvəlki qaydada yaşamaqda davam edirlər. Öz əmlaklarını qeyd olunan qiymətə satmağa razı olanlar isə, müvafiq qurumlara müraciət edərək alqı-satqını rəsmiləşdirirlər. Yuxarıda qeyd olunduğu kimi, artıq 100-ə yaxın mülkiyyətçi ilə alqı-satqıya dair müvafiq razılaşma sənədi imzalanıb və onların pul vəsaiti bankdakı hesablarına köçürülüb”, - deyə məlumatda qeyd olunub.

 

# 2076
avatar

Oxşar yazılar