“Nizami” stansiyasında təmir başa çatdı
Bu ilin iyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılan “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib.
Bu barədə Lent.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, cəmiyyətin müvafiq sahəsi eskalatoru sökərək, təftiş edib, təmir işləri aparıb, zəruri hissələri yeniləyib:
"Quraşdırma və sınaq-tənzimləmə işlərindən sonra müvafiq baxış keçirilərək eskalatorun istismar vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, görülən işin keyfiyyəti qiymətləndirilib. Onu xüsusi vurğulamaq lazımdır ki, bu tip eskalatorlar 110.000 km-ə yaxın qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır".
Məlumatda qeyd edilib ki, “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.
672