“Könüllülük hərəkatının təbliği” layihəsi Bakıda
04 oktyabr 2013 15:47 (UTC +04:00)

“Könüllülük hərəkatının təbliği” layihəsi Bakıda

“Bakı şəhəri gəncləri arasında könüllülük hərəkatının təbliği” layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən sentyabrda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb. Lent.az-ın məlumatına görə, layihənin məqsədi Bakıda Xəzər, Sabunçu və Suraxanı rayonlarındakı yeniyetmə və gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin onlar arasında könüllük hərəkatının təbliğindən ibarətdir.

 

Layihə çərçivəsində seçilən yeniyetmə və gənclər qruplar üçün “Könüllülük haqqında məlumat”, “Könüllülük hərəkatının əsas üstünlükləri”, “Könüllülüyün cəmiyyətə töhfəsi”, “Ümumkönüllü bəyannaməsi”, “Könüllülü olmağın yolları”, “Könüllülüyün şəxsi karyera inkişafında rolu”, “Könüllülərin seçilm prinsipləri”, “Könüllülərin vəzifəsi və statusu” kimi mözvular tədris ediləcək.

 

 

Qeyd edək ki, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tədbirlər planında nəzərdə tutulan fəaliyyətlərin icrasına yönələn layihə 2013-cü ilin sonu başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902
avatar

Oxşar yazılar