“Gənc Jurnalistlərin Yeni Media Məktəbi” başa çatdı
18 iyul 2014 19:04 (UTC +04:00)

“Gənc Jurnalistlərin Yeni Media Məktəbi” başa çatdı

İyul ayının 15-19-dək Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Azəri Gənclər Alyansı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçən “Gənc Jurnalistlərin Yeni Media Məktəbi” başa çatıb. Lent.az-ın məlumatına görə, tədbirin sonuncu günündə “Klassik jurnalistika yeni mediadan necə yararlana bilər?” mövzusunda Xəzər TV-nin müxbiri Yelena Siderenko, müstəqil jurnalist Aynur Elgünəş çıxış edərək, gənc jurnalistlərlə maraqlı müzakirələr apardılar. Daha sonra isə Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə, Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlu və aktual.az internet portalının rəhbəri Anar Yusifoğlu yeni medianın inkişaf dinamikası və internet portallarından çıxış edərək, gənc jurnalistlərlə ətraflı və səmimi müzakirələr apardılar.

Sonda təşkilatın sədri Leyla Məmmədli çıxış edərək Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna öz təşəkkürünü bildirdi və gəncləri gələcək layihələrdə fəal iştirak etməyə dəvət etdi. L. Məmmədli iştirakçılara göstərdikləri fəallığa və marağa görə dərin təşəkkürünü bildirərək, 100-ə yaxın iştirakçıya sertifikat təqdim etdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775

Oxşar yazılar