“Evdə yeməyi atam bişirir” - <span style="color:red;">REPORTAJ
25 yanvar 2014 14:00 (UTC +04:00)

“Evdə yeməyi atam bişirir” - REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət, nə qədər pul xərcləyir?

 

Bu gün Lent.az-ın “Bazarlıq”ında kiçik yaşlarından Azərbaycanı Türkiyədə layiqincə təmsil edən müğənni Azəri Günel Zeynalova və qardaşı Tunar Rəhmanoğludur.

 

 

Onunla görüşümüz bazarlıq edəcəyimiz super-marketin qarşısında oldu.

 

- Günel, Tunar xoş gördük sizi. Alış-verişimizə başlamadan öncə yaradıcılıq işlərinizdən danışardınız. Elə ilk olaraq Günel səndən başlayaq.

 

- Sizləri və sizin saytın oxucularını salamlayıram. İlk öncə deyim ki, “Bazarlıq” layihəniz çox fərqlidir. Söylədiklərim tərif kimi çıxmasın. Olduğunu deyəcəm. Projeniz ürəkaçandır. Ən əsası Azərbaycanda ilkə imza atmağı bacardınız. Bunun özü bir uğurdur. Keçək yaradıcılığıma. Bakıya yeni gəlmişəm. Səfərimin məqsədi də yaradıcılığımla bağlıdır. Mart ayında Azərbaycan turnesinə çıxmağa hazırlaşırıq. Azərbaycanda media sahəsində sözünü demiş, məhz sizin çalışdığınız “Apa-Holding” şirkəti də bizə dəstək olacaq. Holdinq layihəmizin media sponsorudur. Turnemiz səkkiz bölgəni əhatə edəcək. İlk konsert Ağdamın Quzanlı kəndində olacaq. Qardaşım Tunar, atam Rəhmanla yanaşı yeni komandamın üzvləri Şahin Cavadsoy və Rövşan İlknuri də bizimlədir. Həmin ərəfədə yeni albomum da hazır olacaq.

 

 - Tunar, səndə nə xəbər?

 

- Mən də Azərbaycan turnesində varam. Bundan əlavə bir neçə yaradıcı işlərim var. Sadəcə onları yekunlaşdırdıqdan sonra təqdim etməyi düşünürəm. Amma indi qarşımızdakı əsas plan Azərbaycan turnesidir.

 

- Keçək alış-verişimizə. İlk öncə onu deyim ki, “Bazarlıq” layihəsində ilk dəfədir ki, bacı-qardaş bazarlıq edir. Nə almağa gəlmisiz?

 

-Günel)

 

-  Çoxlu şirniyyat alacam. Başqa nə alacağımı hələ indi deyə bilmərəm. Marketi hələ gəzək, sonra dəqiq deyəcəm. Başlayaq tərəvəz məhsullarından. Elə bu gül kələmini götürüm, bundan yaxşı yemək hazırlamaq olar.

 

- Demək istəyirsən ki, yaxşı yemək bişirirsən?

 

- (Gülür) Sözün düzü, yemək bişirməyi bacarıram. Amma hazırlamaqla aram yoxdur. Heç buna vaxtda çatmır. Bizdə yeməyi atam və qardaşım yaxşı bişirir.

 

- Hə Tunar?.

 

- (Tunar bir qədər fikirləşir)  Hə, elə gözəl yeməklər hazırlayıram ki, gəl görəsən. Hələ atamı demirəm. Onun da yaxşı əl qabiliyyəti var. İnşallah bir gün sizləri qonaq dəvət edərik.

 

Tərəvəz məhsulları satılan şöbədən hərəsindən 1 kilo olmaqla gül kələmi, mandarin, pomidor alıb, keçirik ət məhsulları satılan şöbəyə. tərəf yol alırıq.

 

- Pəhriz saxlayırsan?

 

- Hə. Bilirsən pəhrizimə diqqət etməsəm, kökələ bilərəm. Bu da məni kompleksə salar. Bilirsən ki, efir adamı kök göstərir. Bəzən efirdən özümə baxdığım zaman, deyirəm ki, ay aman mən kökəldim. Pəhrizə oturmaq lazımdır. Ümumiyyətlə hər bir sənət adamı daim formada olmalıdır.

 

- Günel, evdə ən çox hansı ət məhsullarından hazırlanan yeməklərə üstünlük verirsən?

 

- (Bir az düşünür) Dana, yəni mal əti. Bir də bildirçini çox xoşlayıram. Amma indi Tunar deyəsən balıq alacaq. Dünən mal əti almışıq.

 

- Tunar, deyəsən alış-verişdə yaxşısan. Biz Günellə söhbət edənə qədər sən artıq balıq seçirsən...

 

- Hə, satıcı deyir ki, Naxçıvan balığıdır. Sözün düzü, bu balığı gözüm tutub. Elə bunu çəksin.

 

 

Satıcı da onun dediyi kimi edir. Balığı tərəzidə çəkir, 4 kiloqram. Balığı alıb, yolumuza davam edirik.

 

- Günel, bilirəm ən sevmədiyin mövzu şəxsi həyatdır. Hazırda nişanlısan. İndi deyirsən ki, vaxtım yoxdur yemək bişirməyə. Ailə qurduğun bəy israrla bildirsə ki, oxumaq yoxdur. Münasibətin necə olar?

 

- Bilirsən Yalçın, o mənim qarşıma heç zaman şərt qoymur. İnanmıram ki, elə şərt də qoysun. Əksinə, mənə dəstək olur. Çox diqqətcildir. Hətta bir müddət öncə keçirdiyim mətbuat konfransında iştirak edə bilməsə də, gül dəstəsi göndərdi.

 

- İnşallah toy nə zamandır?

 

- Hələ o vaxta var, sənətimdə işləri qaydasına salmalıyam. Narahat olma, toyumda sizlərə də dəvət göndərəcəm.

 

 

- Evdə yeməkləri kim bişirir?

 

- Atam da bişirir, anam da. Atamın bişirdiyi yeməklər daha dadlıdır.

 

- Yemək üstündə mübahisələr də olur yəqin...

 

- (Gülür) Hə. Arada atamla anam yemək üstündə mübahisə edirlər. Amma maraqlı və xoş mübahisədi (gülür).

 

- Tunar bəlkə sən də bizim söhbətə qoşulasan?

 

- Nə danışım mən? Gətirmisən bizi alış-verişə xərcə salmağa. (gülür) Zarafatdır. Projenizi bəyəndiyimiz üçün bu gün burdayıq. Mən çox məhsul almayacam. Güneli bilmirəm. İndi görək Gülü nə alacaq?

 

Un məhsulları satılan şöbədən makaron alıb şirniyyat şöbəsinə keçirik.

 

- Necə deyərlər, şirniyyatdan bayılıram. Səhər açılanda şirniyyatla naharımı edirəm. Amma sənə bir söz də deyim ki, nə yeyiriksə, axşam 6-ya qədər yeyirik. Ondan sonra yemək yemirik. Bu gün alış-verişə çıxıb, şirniyyat almasam, bu düzgün olmaz. (gülür)

 

 

Şirniyyat şöbəsindən 2 kiloqrama yaxın müxtəlif cür konfet, meyvə qurusu, kökə alır.

 

 

 Parfümeriya şöbəsindəyik. Günel burada satılan ayaqqabılara diqqət edir.

 

- Ay aman, burda nə gözəl ayaqqabılar var. Özümə birini almalıyam. Özü də üstündə “mişka” şəkli olanı.

 

 

Dediyimi kimi də edir. Dükanda ayaqqabısını çıxardaraq, öz ölçüsündə olan ayaqqabını geyinir, fotoqrafımıza poz verir.

 

- Məncə yaraşdı. İndi görüm başqa nə alacam? Ətirlərə baxım. Daha sonra alış-verişimizi yekunlaşdıraq.

 

 

Alış-verişi yekunlaşdırıb, kassaya yaxınlaşırıq.

 

 

 


Kassir oğlan malları bir-bir hesabladıqca müğənni pul kisəsinin ağzını açır.

 

***

 

Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 60 manat, 17 qəpik..

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4769
avatar

Yalçın UĞUR

Oxşar yazılar