Azərbaycanlı tələbə ABŞ professorunun assistenti oldu
02 oktyabr 2019 16:04 (UTC +04:00)

Azərbaycanlı tələbə ABŞ professorunun assistenti oldu

 2018/2019-cu tədris ilində Bakı Mühəndislik Universitetindən (BMU) məzun olanların 40 nəfəri nüfuzlu xarici universitetlərdə magistr təhsili almaq hüquqi qazanıb.

BMU-dan Lent.az-a verilən məlumata görə, məktəbin məzunlarının elmi potensialının yüksək olması ABŞ və Avropanın tanınmış universitetlərində doktorantura təhsili almağa, hətta elmi işçi kimi işləmələrinə imkan verir: “Həmin məzunlardan biri - universitetin məzunu, “Dünya iqtisadiyyatı” ixtisasını 95.21 orta müvəffəqiyyət göstəricisi ilə bitirən Murad Zeynallıdır. M.Zeynallı ABŞ-ın Luiziyana Dövlət Universitetinin (Louisiana State University) iqtisadiyyat üzrə 5 illik Ph.D (magistratura+doktorantura) proqramına tam təqaüdlə qəbul olub. BMU-nun yetirməsi, eyni zamanda universitetdə professorun assistenti kimi əmək fəaliyyətinə başlayıb”.

Qeyd edək ki, M.Zeynallı BMU-nun digər məzunu Afat Əliyevdən sonra “Dünya iqtisadiyyatı” kafedrasının ikinci tələbəsidir ki, ABŞ universitetlərinin Ph.D proqramına tam təqaüdlə və professor assistenti olaraq qəbul olunub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048
avatar

Aygün İbrahimli

Oxşar yazılar