“Bakcell” gənclər üçün yeni iş imkanları açır
11 aprel 2014 13:00 (UTC +04:00)

“Bakcell” gənclər üçün yeni iş imkanları açır

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti ali məktəblərin yuxarı kurs tələbələri və məzunlarının əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi məqsədilə “Odlar Yurdu” universitetində təşkil olunan əmək yarmarkasında iştirak edib. Bu haqda şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında keçirilən yarmarkada “Bakcell”-də mövcud olan vakansiyalar, işə qəbul qaydaları, şirkətdə karyera qurmaq imkanları və s. haqqında tələbə və məzunlara məlumat verilib.

 

Qeyd edək ki, “Bakcell” gənclər üçün iş imkanları yaradan bu cür əmək yarmarkalarda daim fəal iştirak edir. Bundan əlavə, şirkət tələbələrin işə cəlb olunması və peşəkar təcrübə toplaması üçün vaxtaşırı olaraq “Bakcell məzun” və “Yay təcrübə proqramı” həyata keçirir. Bu layihələrin iştirakçısı olan gənclərdən bir neçəsi sonradan “Bakcell”də daimi işlə təmin olunurlar.

 

Şirkət Korporativ Sosial Məsuliyyət (KSM) proqramları vasitəsilə də ölkədə insan resurslarının inkişafını dəstəkləyir. KSM strategiyasına uyğun olaraq, “Bakcell” mobil telekommunikasiya sahəsində karyera, əlilliyi olan gənclərin iş bacarıqlarına yiyələnməsi, valideyn himayəsindən məhrum gənclərin əmək bazarına inteqrasiyası və s. sahələrdə uğurlu layihələrini davam etdirir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628
avatar

Oxşar yazılar