® Yeni Zaman - Yeni Kasko!
17 yanvar 2018 11:56 (UTC +04:00)

® Yeni Zaman - Yeni Kasko!

Avtomobili aldıqları ilk gündәn xoşbәxt avtomobil sahiblәri onu qorumaq, öz sevimlilәrinә qulluq etmәk, hәmçinin YNH vә ya digәr risklәr nәticәsindә ona dәyә bilәcәk mümkün zәrәrlәr haqqında düşünmәyә başlayırlar. Onlar bu qorxularına qismәn avtomobil sığortası vasitәsilә qalib gәlә bilәrlәr.

 

Artıq hamı bilir ki, avtomobil sığortası bazarında icbari sığorta - avtonәqliyyat vasitәsi sahiblәrinin yol hәrәkәtinin digәr iştirakçıları qarşısındakı mәsuliyyәtinin sığortası mövcuddur. Ancaq, bununla yanaşı öz avtomobilinizә dәymiş ziyanı ödәyәn digәr növ avtomobil sığortası - Kasko da var.

 

Tәәssüf ki, әksәr avtomobil sahiblәri hesab edirlәr ki, Kasko bahalıdır vә alternativ mövcud olmadığına görә onlar sığortasız qalırlar. Mәsәlәn, 40 mindәn 60 minә qәdәr qiymәti olan avtomobillәr üçün tәklif edilәn Standart Kaskonun qiymәti 1500-2500 manat әtrafındadır.

 

Bu problemi hәll etmәk mәqsәdilә çoxsaylı araşdırmalar aparıldı vә bәdbin nәticәlәrin yekunu kimi avto Kaskonun әlçatan olması üçün hәr kәsin tәlәbinә vә büdcәsinә uyğun olan, 97 % hallarda tәmir xәrclәrinin 5000 manatı keçmәmәsi statistikasına әsaslanan alternativ mәhsulların yaradılması ideyası ortaya çıxdı.

 

Mәhz belә avtomobil sahiblәri üçün S, M, L vә XL ölçülәri ilә adlandırılmış vә müxtәlif büdcәlәr üçün nәzәrdә tutulmuş 4 sәrfәli variant tәklif edәn tam yeni innovativ elektron platforma - KASKO BUTİK yaradıldı.

 

Qeyd etmәk lazımdır ki, hәr 4 mәhsulun sığorta qaydaları Maliyyә Nazirliyinin 23 sentyabr 2014 cü il tarixli qaydalarına әsaslanır vә sığortalıların maraqlarını maksimum nәzәrә alır.

 

“Birgә Zәmanәt” şüarı altında 6 aparıcı sığorta şirkәti – “A-Qroup”, “Ata Sığorta”, “Atәşgah Sığorta”, “AzSığorta”, “Qala Sığorta” vә “Günay Sığorta” bağlanmış sığorta müqavilәlәrinә tәminat verir, bu isә onların maliyyә vәziyyәtindәn asılı olmayaraq zәrәrin ödәnilәcәyinә 6 qat arxayınlıq yaradır!

 

KASKO BUTİK platforması   ilә daha әtraflı   eyni adlı Facebook sәhifәsindә, hәmçinin www.2222.az veb-saytında tanış ola bilәrsiniz. Avtomobil sahiblәrinә keyfiyyәtli xidmәt göstәrmәk mәqsәdilә burada sığorta qaydaları ilә yanaşı çoxsaylı bonuslar vә inqilabi hәllәr dә öz әksini tapıb.

 

Hәmçinin *2222 qısa nömrәsindә 7 gün 24 saat Sığorta Dәstәk Mәrkәzi fәaliyyәt göstәrir ki, burada da ixtisaslı vә tәcrübәli әmәkdaşlar avtomobil sığortasına dair istәnilәn suala cavab vermәyә hazırdırlar.

 

Әgәr siz özünüzü sәliqәli vә intizamlı sürücü hesab edir, avtomobilinizә dәyәr verir vә büdcәnizi planlaşdırırsınızsa, o zaman KASKO BUTİK mәhsulları mәhz Sizin üçün yaradılıb. Belә ki, KASKO BUTİK-in әsas mövqeyi “Rasional Sürücülәr üçün Rasional Kasko”dur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar