Bölgələr üzrə ümumi və tam orta təhsil bazasında (9-cu və 11-ci sinif) buraxılış imtahanlarının keçirilmə qrafiki müəyyən olub. Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının II mərhələsi və tam orta təhsil bazasında (11-ci sinif) buraxılış imtahanları əvvəlcədən elan olunduğu kimi 2018 ci il 21, 27 iyun və 3 iyul tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.
21.06.2018 - Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikası
27.06.2018 – Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Qəbələ, Ləınkəran, Astara, Biləsuvar, Ağsu, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran
03.07.2018 - Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul
10.07. 2018 – Əvvəlki illərin məzunları
Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan iyunun 21‑də, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün iyulun 3-də keçiriləcək.