
9-cu mikrorayonda zeytun ağaclarının soyqırımı - SOS
"Səhər-səhər orada gördüm ki, zeytun budaqlarını qırıb ora yığıblar. Maşın gəldi, 5-6 adam yığıb apardı, nə qədər zeytun da qaldı orada. Qırıb tökürlər, heç kim baxmır. Biri deyir qaçqınam, biri deyir buranın işçisiyəm, biri deyir çörək pulum yoxdur, yığıb satıram".
Bura Binəqədi rayonu ərazisində yerləşən Zərifə Əliyeva adına parkın arxa hissəsindəki zeytun bağıdır. Bu ərazi 55 hektardır. Ərazidə yaşayan sakinlərin əsas şikayəti isə insanların zeytunu yığıb aparması deyil, ağacların budaqlarının qırılmasıdır.
- Çıxırlar ağacın başına, budağı qırıb atırlar yerə, təzədən düşüb yerdə yığırlar, meyvəni götürürlər, ağacların budaqları da qalır yerdə. Burada heç bir nəzarət yoxdur.
- Yığmaqdırsa, bunu adam kimi yığarlar da. Zeytunu yığırlar, ağacı qırırlar. Yuxarıdan mən görmüşəm, ət döyənlə qırıb tökürlər iri budaqları, yerə atırlar.
- Keçmişdə oktyabrın 15-dən başlayıb yığardılar. Çünki onda yağlanma prosesi başlayırdı. İndi sentyabr ayı gələn kimi kim yığır, məlum deyil. Buranın 55 hektar sahəsi var. 55 hektarın zeytununu kim yığır, hara gedir? Bu meyvədir də, nəzarət etmək lazımdır.
Biz hal-hazırda sakinlərin şikayət etdiyi zeytun bağındayıq. Gördüyünüz kimi, ağacları bu şəkildə kəsib və üzərindən zeytun toplayıblar.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, bu barədə onlara sentyabr 28-də məlumat daxil olub: "Dərhal bizim müfəttişlər tərəfindən araşdırmalar aparılıb, reydlər keçirilib. Fakt öz təsdiqini tapıb. Təqsirkarların şəxsiyyətinin müəyyən edilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Binəqədi Rayon Polis Şöbəsinə müraciət edilib".
İradə İbrahimova əlavə edib ki, bu gün də günün müxtəlif vaxtlarında ərazidə reydlər keçirilib və müşahidələr aparılıb. Ağacların qırılması hallarına rast gəlinməyib. Bununla belə, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məcburi göstəriş verilib ki, ərazi təmizlənib əvvəlki vəziyyətinə gətirilsin. Hazırda zeytun bağında təmizlənmə işləri aparılır.
Oxşar yazılar

Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşlar Ağcabədidə dəfn edildi -FOTOLENT -VİDEO
1 iyul 2025 , 10:43Güclü yağış və külək - GÜNÜN HAVASI
1 iyul 2025 , 10:20
İnsanların 50 faizi xəbər oxumaq istəmir - MARAQLI STATİSTİKA
1 iyul 2025 , 09:47
Dövlətimiz böyük qətiyyət göstərdi, cənazələr vətənə gətirildi - JURNALİST
1 iyul 2025 , 09:38
İyul 4 BÜRC üçün yeni başlanğıc olacaq: Bütün çətinlikləri geridə qoyacaqlar
1 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1 iyul 2025 , 08:20
Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26