Cəbhə kəndlərində uşaqlar üçün kitab bayramı keçirildi - <span style="color:red;">FOTO
20 iyun 2017 11:40 (UTC +04:00)

Cəbhə kəndlərində uşaqlar üçün kitab bayramı keçirildi - FOTO

Ön cəbhədə yerləşən Ağdam və  Əlibəyli kəndində uşaqlar üçün maraqlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayevanın təşkilatçılığı ilə uşaqlarla müzakirələr aparılıb və onların hər birinə kitab hədiyyələr edilib.

Millət vəkili bildirib ki, uşaqlarla bir arada olmaqdan çox məmnundur: "Müsəlman dünyasının müqəddəs bir ayında uşaqlarla görüşün əhəmiyyəti  çox böyükdür. Ermənistanla ön cəbhədə yerləşən kəndlərimizdə yaşayan insanlar fədakardırlar. Bir insanın inkişafı və gələcəyi onun təhsilindən çox asılıdır. Ona görə, uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar".

 

Qənirə Paşayeva kəndlərdə hər bir uşaqla ayrıca söhbət edib və onlara imzalı kitablarını hədiyyə edib.  Bununla yanaşı, millət vəkili onlara müxtəlif  maraqlı kitablar, jurnallar  da təqdim edib. O bildirib ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir.

 

Millət vəkili eyni zamanda məktəbin kitabxanasına da çoxlu kitablar hədiyyə edib. Qənirə Paşayeva eyni zamanda Ağdam və Əlibəyli kəndlərində idmana həvəskar məktəblilərlə də görüşüb, onlara idman formaları hədiyyə edib. O bildirib ki, gənclərimizin həm fiziki, həm də mənəvi olaraq güclü yetişməsi ən vacib məsələdir :"İdmanla fəal məşğul olmaq lazımdır. Zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413
avatar

Oxşar yazılar