6 ayda doğuş zamanı 12 ana ölümü
02 iyul 2013 16:47 (UTC +04:00)

6 ayda doğuş zamanı 12 ana ölümü

“Bu ilin 6 ayı ərzində Azərbaycanda doğuş zamanı 12 ana ölümü faktı qeydə alınıb”. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyeva bildirib. L. Seyidəliyevanın sözlərinə görə, doğuş zamanı ana və uşaqların həyatı üçün təhlükə yaranacaq hallar çox olub: “Lakin bu təhlükələrin qarşısı alınıb, yalnız 12 doğum faktı faciə ilə nəticələnib”.

 

Səhiyyə Nazirliyinin rəsmisi bu cür faktların hansı rayonlarda daha çox qeydə alındığı məsələsinə də münasibət bildirib: “Bunu dəqiq demək çətindir. Doğuş zamanı ölüm hallarının qeydə alınması faktları demək olar ki, paytaxtla regionlar arasında eynidir”.

 

İsmayıllı rayonunda qeydə alınan ana və uşaq ölümü faktına aydınlıq gətirən L. Seyidəliyeva bildirib ki, hazırda bununla bağlı araşdırmalar aparılır: “Hələlik mütəxəssis rəyi olmadğından bu barədə əlavə heç nə deyə bilmərəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 895

Oxşar yazılar