58 yaşlı çoban itkin düşüb
30 oktyabr 2019 19:50 (UTC +04:00)

58 yaşlı çoban itkin düşüb

 
 
Göygöldə itkin düşən şəxsin axtarışına başlanıb.
 
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, Şamaxı rayonu Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-si səhər saatlarında çoban işlədiyi Göygöl rayon Firuzabad qəsəbəsindəki fermadan  çıxıb və bir daha qayıtmayıb.
 
Onun əlamətləri belədir: boyu 160-165 sm, arıq bədən quruluşlu,  ağ-qara saçlara malik, gözlərinin rəngi qonur. 
 
M. Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, başında papaq, ayağında idman ayaqqabısı olub.
 
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070)252-22-44  mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1396
avatar

Oxşar yazılar