
Peşəkar ekspertlərin araşdırması “UNEC Ekspert”də
Azərbaycan Dövlət İqtisad Universitetinin təsis etdiyi “UNEC Ekspert” jurnalının növbəti buraxılışı işıq üzü görüb.
Lent.az-ın məlumatına görə, jurnalın budəfəki sayında UNEC-in 56 peşəkar iqtisadçı ekspertinin bilik iqtisadiyyatı, sosial biznes, vergilər və beynəlxalq ticarətlə bağlı araşdırmalarına geniş yer verilib. Oxucular “UNEC Ekspert”də qlobal informasiya cəmiyyətinin əsasını təşkil edən bilik iqtisadiyyatı, onun maddiləşməsi prosesi, gələcəyin əmək bazarı, o cümlədən bilik iqtisadiyyatı üzrə ölkələrin reytinqi ilə tanış ola biləcəklər.
Jurnalda vergi yükünün optimallaşdırılması, vergi ödəmə mədəniyyətinin formalaşması problemləri, vergiqoyma, kriptoiqtisadiyyat və vergi amnistiyasında dünya təcrübəsi geniş təhlil edilərək oxucuların diqqətinə çatdırılıb. Eyni zamanda dayanıqlı inkişaf, inklüziv təhsil, sosial biznesə dəstək, sosial biznes startapları ekspert araşdırmalarında öz əksini tapıb.
“UNEC Ekspert”in e-versiyasını buradan oxuya bilərsiniz.
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22