4 nəfər Qazaxıstanda təhsil alacaq
02 oktyabr 2019 10:13 (UTC +04:00)

4 nəfər Qazaxıstanda təhsil alacaq

Azərbaycanın Təhsil Nazirliyi ilə Qazaxıstanın Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 4 nəfər Azərbaycan vətəndaşı 2019-2020-ci tədris ili üzrə Qazaxıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
 
Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müvafiq sazişə əsasən, seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində təqaüdə layiq görülənlər “Al-Farabi Kazakh National University”, “Karaganda State University named after Buketov” və “Kazakh National Research Technical University named after K.I.Satpayev” ali təhsil müəssisələrində iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik və yüksək texnologiyalar, eləcə də humanitar və sosial elmlər ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.
 
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan bu il martın 18-də verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar