Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti əsasən yağmursuz olacaq, şimal-qərb küləyi əsəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə arasında olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz keçəcək, lakin bəzi şimal qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 33-38 dərəcə, bəzi yerlərdə isə 40 dərəcə olacaq. Dağlıq ərazilərdə gecə 11-16, gündüz 24-29 dərəcə isti olacağı ehtimal olunur.
Yalçın Süleymanov