3 deputat qızının toyudur
03 oktyabr 2014 15:24 (UTC +04:00)

3 deputat qızının toyudur

 

 

Bu ilin oktyabrını Azərbaycanda toy-bayram ayı kimi qeyd etmək olar. Demək olar ki, son günlər hər kəsə toy dəvətnaməsi paylanılır. Bunun səbəbi isə qarşıda Məhərrəmlik ayının gəlməsidir. 
 

 

Lent.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, başı toya qarışanlar arasında tanınmışlar da var. Belə ki, gələn həftə Milli Məclisin 3 deputatı qızına toy edir. Oktyabrın 6-da millət vəkili Rafael Cəbrayılov, 10-da Fəzail İbrahimli, 14-də isə xanım millət vəkili Jalə Əliyeva qızına toy edəcək.

Onların kimlərlə quda olması haqda hələ ki, bilgimiz yoxdur. Azərbaycanda adətən yüksək vəzifəli şəxslər öz ətrafı ilə quda olur.

Toy edənlərdən biri Jalə Əliyevanın qızı Müjganla bağlı bəzi məlumatlar əldə edilib. Millət vəkilinin 1990-cı il təvəllüdlü qızı Tibb Universitetində təhsil alıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3411
avatar

Oxşar yazılar