Bu gün, sentyabrın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın 5 rayonunda (Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər) Əmək yarmarkaları keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, yarmarkalar zamanı 67-i özəl sektora məxsus 136 müəssisədən 1033 boş (vakant) iş yeri işsiz və iş axtaran vətəndaşlara təklif olunub.
Tədbirlərdə təqdim olunan boş iş yerlərində əmək haqqının ən aşağı həddi 140 manat, ən yüksək həddi isə 1330 manat təşkil edib. Yarmarkaların nəticəsi olaraq, ümumilikdə 376 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş təqdim olunub.
Qeyd edək ki, müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmaq üçün 77 nəfər, ödənişli ictimai işlərdə çalışmaq üçün 18 nəfər qeydiyyata götürülüb.