2312 nəfər xəstə dövlət hesabına hemodializlə təmin olunur
13 mart 2014 16:17 (UTC +04:00)

2312 nəfər xəstə dövlət hesabına hemodializlə təmin olunur

“Bu gün Azərbaycanda xroniki böyrək xəstəliyindən əziyyət çəkən 2312 nəfər xəstə dövlət hesabına hemodializlə təmin olunub”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev bildirib. Onun sözlərinə görə, həmin xəstələr Azərbaycanın regionlarda yerləşən 23 və Bakıda yerləşən 7 hemodializ mərkəzində dövlət hesabına hemodializlə təmin olunurlar: “Bu gün inamla demək olar ki, hemodializ növbəsində duran insan yoxdur. Son illərdə regionlarda və eyni zamanda ötən il Sumqayıtda açılan böyük dializ mərkəzlərinin hesabına xəstələri tam dializlə təmin etmək mümkün olub. Bu il ərzində isə Astara, Tovuz və Ağcabədi rayonlarında yeni 3 mərkəz istifadəyə veriləcək”.

Şöbə müdirinin sözlərinə görə, xroniki böyrək çatışmazlığı uzun sürən böyrək xəstəliyi nəticəsində əmələ gəlir: “Bu tendensiyaya həm dünyada, həm də ölkəmizdə rast gəlinir. Bu gün Azərbaycanda hemodializ qəbul edən xəstələrin 30 faizə yaxınında böyrək xəstəliyinə səbəb şəkərli diabet olub. Dializ qəbul edən xəstələrin yaş həddi 6 yaşla 82 yaş arasında dəyişir. Bu, bütün dünyada da belədir. Statistika göstərir ki, 35-55 yaş arasında olan insanlarda daha çox böyrək çatışmazlığı xəstəliyi qeydə alınır”.

F. Babayev onu da vurğulayıb ki, statistikaya əsasən, böyrək çatışmazlığına kişilərdə qadınlara nisbətən 2-3 faiz çox rast gəlinir: “Hemodializ müalicədən daha çox yaşam tərzidir. Bu, həmin xəstələrin yaşaması üçün bir yoldur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar