Azərbaycanlı Çində pulsuz təhsil alacaq
05 sentyabr 2019 12:00 (UTC +04:00)

Azərbaycanlı Çində pulsuz təhsil alacaq

YUNESKO-nun Çin ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib.

Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, proqram üzrə 1 nəfər Azərbaycan vətəndaşının namizədliyi təsdiqlənib.

Qalib namizəd Çinin “Shaanxi Normal University” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “Çin dili” ixtisası üzrə təhsil alacaq.

Qeyd edək ki, təqaüd proqramının müddəti 1 ildir və tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə YUNESKO tərəfindən qarşılanacaq.

Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 15 fevral tarixində elan verilib. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 962
avatar

Aygün İbrahimli

Oxşar yazılar