12 FHN əməkdaşı ilə bağlı prokurorluq orqanlarına müraciət edilib
16 dekabr 2013 16:14 (UTC +04:00)

12 FHN əməkdaşı ilə bağlı prokurorluq orqanlarına müraciət edilib

Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının nalayiq hərəkətləri ilə bağlı bu il nazirliyə 133 müraciət olunub.


 

APA-nın xəbərinə görə, bunu FHN-də nazirliyin yaradılmasının 8-ci ildönümü ilə bağlı keçirilən tədbirdə nazir, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

 

Nazir deyib ki, işə düzəltmək adı ilə pul alınması faktı üzrə 4 əməkdaş barəsində iş prokurorluq orqanlarına göndərilib. Bundan əlavə, özlərini nazirliyin əməkdaşı kimi təqdim edib, vətəndaşlardan pul alınması ilə bağlı 3 fakt üzrə, FHN əməkdaşı adı ilə zəlzələdən zərər çəkmiş vətəndaşları aldadıb, pul almış şəxslərlə bağlı isə 5 fakt üzrə iş prokurorluq orqanlarına təqdim olunub.

 

# 1015
avatar

Oxşar yazılar