11463 bakalavr proqram seçimini təsdiqlədi
12 iyun 2013 10:27 (UTC +04:00)

11463 bakalavr proqram seçimini təsdiqlədi

Azərbaycanda 2013-2014-cü tədris ili üçün ali məktəblərin magistraturalarına proqram seçimi başa çatıb. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, magistraturaya proqram seçimi iyunun 3-dən başlayıb: “11463 bakalavr proqram seçimini edib. Proqramı seçib təsdiq etmiş bakalavrlar iyunun 19-dan 22-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər”.

 

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də Bakı, Gəncə və Naxçıvanda keçiriləcək. İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. İxtisas üzrə test tapşırıqlarına cavabın maksimal qiyməti 50 baldır. Yazı işlərinin nəticəsi də 50 ballıq şkalada qiymətləndiriləcək.

 

Mətbuat katibi onu da vurğulayıb ki, magistraturaya ixtisas seçimi iyunun 26-dan 28-dək aparılacaq.

Qeyd edək ki, magistraturaya qəbul imtahanın birinci mərhələsi martın 3-də baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar