Təhsil Nazirliyi 2022-2026-cı ilə üçün Dövlət Proqramı çərçivəsində brifinq təşkil edilib.
Lentş.az xəbər verir ki, bu barədə “Təhsil masası”nda Təhsil nazirinin müşaviri Nicat Məmmədli və nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov danışıb.
Brifinqdə qeyd olunub ki, proqrama 30 ölkə üzrə 295 universitet daxildir. Həmin universitetlərə onlayn müraciət yaxın vaxtlarda olacaq. Hələlik seçim qaydaları məlum deyil. Əgər şəxs bir dəfə dövlət hesabına təhsil alıbsa, ikinci dəfə pulsuz təhsil alması mümkün deyil. Çünki bu həm qanunvericiliyə həm də ədalətlilik prinsipinə uyğun deyil.
295 universitet reytinqlərinə, maliyyəsinə və əvvəlki təcrübələrə görə seçilib. Proqram əsasən magistartura təhsili üçündür. Çünki onun müddəti daha azdır. Belə ki, 80 fazi magistarturaya, 20 faiz( istedadlı və xüsusi seçilən gənclər) ayrılıb.
Proqramda tibb ixtisası yoxdur, çünki tibb daha uzun müddətli olur və bir çox ölkələrdə tibb təhsili üzrə magitratura yoxdur. Amma yaxın zamanda onun üçün ayrı bir layihə ola bilər.
Proqramdan yararlanmaq istəyən vətəndaşlar siyahıda olan universitetlərə müraciət edir. Daha sonra isə oradan qəbul sənədini alır. Növbəti mərhələdə Təhsil Nazirliyinə müraciət edir və qəbul komisiyyası keçirikldikdən sonra nəticələr bilinir. Bu da təxmini iyul, avqust aylarına təsadüf edir.
Hazırda pandemiya dövrüdür və bir çox ölkələr sırhədləri açmayıb. Məsələn, Çin. Ona görə də, qəbulla bağlı fərqli-fərqli hallar olacaq.
Proqrama daxildir: nəqliyyat xərcləri, təhsil haqqı, getdiyi şəhərdə yaşamaq üçün aylıq təqaüd.